Dəhşətli qəzaya səbəb olan avtobus sürücüsü yaxalandı

24 Fevral 2016 13:59 (UTC+04:00)

DİN-in mətbuat xidmətindən verilən məlumata görə, Nizami Rayon Polis idarəsində sürücünün izahatı alınıb. Hadisə ilə bağlı Cinayət məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq cinayət işi başladılıb. İstintaq hərəkətlərı davam etdirilir.

Qeyd edək ki, bu gün baş verən qəza nəticəsində 1 nəfər ölüb, 13 nəfər yaralanıb. Hadisəyə səbəb olan avtobusun sürücüsünün isə qəzadan sonra hadisə yerindən qaçdığı bildirilirdi.

Avtosfer.az