Milli Məclisdə bələdiyyələrlə bağlı yeni - Təklif

24 Fevral 2016 14:03 (UTC+04:00)

Bu barədə Milli Məclisin regional məsələlər komitəsinin üzvü Rüstəm Xəlilov deyib. O qeyd edib ki, İşçi qrupunda respublika üzrə bələdiyyə sədrləri və onların üzvləri, komitə üzvləri, Milli Asossiasiya sədrləri təmsil olunur.

"Birinci yığıncağımızı keçirdik. Orada təklif olundu ki, qanunvericilikdə bələdiyyələrin iş fəaliyyətinin yaxşılaşdırılması, onların maliyyə vəsaitinin artırılması üçün hansı dəyişiklər olsun. Bir neçə təkliflər qəbul olunub. Hal-hazırda o təklifləri müzakirə edirik, araşdırırıq, yəqin ki gələcəkdə qanun layihəsi kimi öz əksini tapacaq".

R.Xəlilov bildirib ki, təkliflər arasında bələdiyyələrin torpaqları mövsümü icarəyə verməsi də yer alıb.

"Hər bir qrup üzvü bələdiyyələrin iş fəaliyyətinin yaxşılaşdırması üçün təkliflər verib. Məsələn mövsümü torpaq istifadəsi, yəni bələdiyyələr torpağı hərrac yolu ilə verir. Təklif etdik ki, mövsümü icarəyə vermək imkanları yaradılsın. Bələdiyyələrin vergi yığmalarında hansı maneələrlə üzləşdiyi ilə bağlı səmərəli təkliflər irəli sürülüb. Ümumilikdə qeyd edilən təklifləri qanunvericiliyə salmaq istəyirik".

Modern.az