AMİP-in qurultayı nə vaxt keçiriləcək?

24 Fevral 2016 14:55 (UTC+04:00)


Bu barədə AzNews.az-a sözügedən partiyanın sədr səlahiyyətlərini icra edən Arzuxan Əlizadə məlumat verib. Onun sözlərinə görə, qurultayın keçirilməsi üçün Mərkəzi Şura qərar verməlidir: "Qurultay sıradan bir tədbir deyil. O səbəbdən Mərkəzi Şura ölkədə hazırkı mövcud durumda qurultayı bir qədər gecikdirməyi məqbul hesab edib".

Qeyd edək ki, AMİP sədri Yusif Bağırzadə oktyabrın 27-də istefa verib. Partiya sədrinin səlahiyyətlərini baş katib Arzuxan Əlizadə həyata keçirir.

Bahar RÜSTƏMLİ
AzNews.az