Avtomobili qaçıran şəxs qəza törətdi

24 Fevral 2016 15:16 (UTC+04:00)

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, Fevralın 23-nə keçən gecə Bakı şəhər sakini Elşən İsmayılova məxsus "Ford Transit" markalı avtomobil Nərimanov rayonunun A.Qərib küçəsindən qaçırılıb və idarə edilərkən paytaxt sakini Elşad Əliyevin idarə etdiyi "Mercedes" markalı avtomobillə toqquşub.

Nərimanov RPİ 18-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Şərur rayon sakini Neman Həsənov tutulub.