“Azərişıq”dan oğurluq edən şəxs tutuldu
24 Fevral 2016 16:12 (UTC+04:00)
AzNews.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Saatlı RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 17-də rayonun Qarcalar kəndində Saatlı rayon Elektrik Şəbəkəsinə məxsus elektrik kabelinin 100 metrlik hissəsini kəsərək oğurlayan kənd sakini Rusif Əhmədov saxlanılıb.