Aktauda “Biz ədalət tələb edirik!” adlı rəsm müsabiqəsi - Fotolar

24 Fevral 2016 17:28 (UTC+04:00)


Rəsm müsabiqəsində Aktau şəhərinin məktəblərindən 300-ə yaxın yeniyetmənın rəsmləri təqdim olunub.

Müsabiqənin yekununa görə, 7-9 yaşlı uşaqlar arasında qalib Abıl adına Qazax İncəsənət məktəbinin şagirdi Şanşarxan Raxmatulla, 10-13 yaşlılar arasında "Darın" Uşaq inkişafı Mərkəzinin şagirdi Akbota Berdıkojakızı və 14-19 yaşlılar arasında isə Aktau Dövlət Uşaq İncəsənət məktəbinin şagirdi Dana Musina qalıb gəlmişlər. Bundan əlavə hər yaş qurupundan daha iki nəfər 2-ci və üç nəfər 3-cü yerlərə layiq görülüblər.

Müsabiqənin qran-pri mükafatına "Önər" Art-Qaleleriyasının şagirdi Ləzzət Nurqamanbetovanın "Помним, любим, скорбим!" rəsmi layiq görülüb.

Müsabiqədə iştirak etmiş rəsmlər Aktau şəhərinin "Önər" Art-Qaleleriyasının Sərgi salonunda nümayiş etdiriləcək.

Qaliblər bu gün Baş konsulluq tərəfindən Xocalıya ədalət kampaniyası çərçivəsində 24 fevral tarixində keçirilən anım mərasimində fəxri fərmanlarla təltif olunublar.