Daha bir avtobus qəzası - Yaralılar var

24 Fevral 2016 19:55 (UTC+04:00)

AzNews.az-ın APA-ya istinadən məlumatına görə, hadisə Bakı-Sumqayıt yolunun Ceyranbatan ərazisindən keçən hissəsində qeydə alınıb.

BMW X5 markalı minik avtomobili sərnişin avtobusu ilə toqquşub.

Qəza nəticəsində BMW-nin sürücüsü, 1986-cı il təvəllüdlü Zöhrab Əliyev və avtobusun sürücüsü, 1985-ci il təvəllüdlü Seymur Babayev xəsarətlər alıblar. Onlar xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı yol polisi tərəfindən araşdırma aparılır.