Sürücülərin iştirakı olmadan qərar çıxarılmayacaq - Video

24 Fevral 2016 21:13 (UTC+04:00)

AzNews.az xezerxeber-ə istinadən xəbər verir ki, bu qərarla qayda pozan sürücülərə tərtib edilən protokola baxılma qaydaları dəyişir. Söhbət protokolların araşdırılması zamanı sürücünün prosesdə iştirakından gedir.

Martın 1-də qüvvəyə minəcək qaydalar sürücünün iştirak hüququnu təmin etmək üçün polisin üzərinə məsuliyyət qoyur.

Sürücünün çağırılması üçün ona bildirişlər təqdim edilməlidir. Bildirişlər iki formada hazırlana bilər.

Çağırışa baxmayaraq sürücü bildirişdəki tarixdə iştirak etməsə onda qərar onun iştirakı olmadan qəbul ediləcək.