“Ruslar inanmırsa, gəlib öz gözləri ilə görsün“ - Nazir

24 Fevral 2016 23:34 (UTC+04:00)

AzNews.az-ın ans-ə istinadən məlumatına görə, nazir onu da əlavə edib ki, əgər Rusiya tərəfi buna inanmırsa, o zaman öz rəsmi nümayəndə heyətini göndərib müşahidələr apara bilər.

"Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı, o cümlədən artım sürəti davam edən istixanaların inkişafı həyata keçirilib. Devalvasiya prosesindən sonra Rusiya bazarında Azərbaycan üçün münbit şərait yaranıb.

Bu cür amillər Azərbaycandan Rusiyaya ixracatın artmasına səbəb olub. Növbəti aylarda da dəfələrlə artım gözlənilir. Biz bu haqda Rusiya tərəfinə məlumat vermişik. Əgər bu şübhə aradan qalxmasa, biz rusiyalı tərəfdaşlarımızı Azərbaycana dəvət edirik. Onlar gəlib bizim istixanalarda, pomidor yetişmə məntəqələrində olub öz gözləri ilə görsünlər", - deyə nazir bildirib.