Daha bir marşrutun hərəkət istiqaməti dəyişdirilir

25 Fevral 2016 10:14 (UTC+04:00)

"Fevralın 26-da paytaxtın Xətai rayonunda yerləşən "Ana harayı" abidəsinin önündə keçiriləcək ümumxalq hüzn mərasimi ilə əlaqədar Xocalı prospekti istiqamətində Nəcəfqulu Rəfiyev, Yusif Səfərov, Süleyman Vəzirov, Mehdi Mehdizadə küçələrinin kəsişmələrindən avtomobillərin hərəkəti məhdudlaşdırılacaq. "BakuBus"a məxsus 14 saylı marşrut xətti bu səbəbdən hər iki istiqamətdə Xətai metro stansiyasının önündən keçməyəcək", - deyə N. Allahyarova bildirib.

APA.az