İnsanlar İlhamənin evinə axışır... - Heç kim binaya buraxılmır (Fotolar)

25 Fevral 2016 13:19 (UTC+04:00)

AzNews.az-ın hadisə yerində olan əməkdaşının sözlərinə görə, müğənninin İsmayıl bəy Qutqaşınlı küçəsində yerləşən evinin qarşısında çox sayda insan yığılıb. Lakin Binanın mühafizəçisi içəri kiminsə buraxılması ilə bağlı təlimat almadığını deyib.

***

Xalq artistinin bacısının qızı da hazırda hadisə yerinə gəlib. Lakin polis əməkdaşları onun da binaya daxil olmasına mane olublar. O, AzNews.az-a açıqlamasında xalasının ürək tutmasından dünyasını dəyişdiyini bildirib.

***

Artıq prokurorluq əməkdaşları da hadisə yerinə gəlib. Meytinin ekspertiza olunacağı bildirilir.