Bakıda kafe yandı

25 Fevral 2016 14:01 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Bakı şəhəri, Nəsimi rayonunda beşmərtəbəli yaşayış binasının zirzəmisində yerləşən, vətəndaşa məxsus ümumi sahəsi 50 kv.m olan "SƏMA" kafesinin mətbəxində qaz balonunun alışması nəticəsində lambrindən ibarət tavan 10 kv.m sahədə yanıb. Kafenin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 11:47-də yanğınsöndürənlər tərəfindən söndürülüb.