İlhamənin nəşi ekspertiza olundu - Təzə Pirə aparılır (Fotolar + Yenilənib)

25 Fevral 2016 16:45 (UTC+04:00)

AzNews.az-ın əməkdaşı xəbər verir ki, meyit ekspertiza olunmaq üçün Mirqasımov adına Respublika Klinik Xəstəxanasına aparılıb.

14:42
***


Xalq artisti, mərhum İlhamə Quliyevanın nəşi artıq Təzə Pir Məscidinə aparılır.

Bu barədə AzNews.az-a müğənni Əli Mirəliyev məlumat verib. O, bildirib ki, cənazə Təzə Pir Məscidindən götürüləcək: "Meyiti yardılar, baxış keçirdilər. Amma ekspertiza rəyi hələ açıqlanmayıb. Bu, hüquq-mühafizə orqanlarının işidir. Yəqin ki nəticəni özləri açıqlayacaq".