Türkiyə Ermənistanın təyyarəsini buraxdı

8 Noyabr 2012 09:45 (UTC+04:00)


Bu gün Türkiyənin Ərzurum aeroportunda məcburi yerə endirilən "Ermənistan Hava Yolları"na məxsus təyyarənin göyərtəsindəki yükə baxış keçirildikdən sonra hava gəmisi Suriyaya istiqamət alıb.

Bu barədə "TRT Haber" telekanalı məlumat yayıb. Yükə baxış keçirilməsi nəticəsində məlum olub ki, təyyarə humanitar yardım aparır, qanunsuz yüklər aşkar edilməyib.

Qeyd edək ki, bu gün Ermənistandan Suriyaya uçan daha bir yük təyyarəsi Türkiyənin Ərzurum hava limanında məcburi endirlib. "Doğan" agentliyinin məlumatına görə, təyyarədə axtarış aparılması üçün xüsusi təyinatlı dəstə gətirilib.

AzNews.az