“Flora xanım hələ ölməyə tələsmir...”

25 Fevral 2016 16:12 (UTC+04:00)

Bu barədə AzNews.az-a açıqlamasında F.Kərimovanın köməkçisi Yaqut xanım bildirib. O, qeyd edib ki, F.Kərimovanın oğlu Oqtay Almaniyadan, qızı Zümrüd isə Londondan zəng vurub mərhum İlhamə Quliyevanın ailəsinə başsağlığı verib.

Yaqut xanım onu da əlavə edib ki, İ.Quliyeva ilə bağlı verilən sualların heç birinə F.Kərimova cavab verməyib: "Flora xanımın səhhəti yaxşıdır. Hələ ölməyə tələsmir".

Qeyd edək ki, 73 yaşlı İlhamə Quliyeva fevralın 25-də səhər saatlarında dünyasını dəyişib.

Bahar RÜSTƏMLİ