İran-Ermənistan dostluğunun daha bir təməli qoyuldu
8 Noyabr 2012 10:47 (UTC+04:00)
Ermənistan prezidenti Serj Sarkisyan və İranın Energetika naziri Məcid Həmdinin iştirakı ilə bu gün Mehri şəhəri yaxınlığında Su Elektrik Stansiyasının təməlqoyma mərasimi keçirilib. 2007-ci ildə imzalanan müqavilə bir il sonra parlametlərdə ratifikasiya edilsə də, tikinti 4 il yubanıb.
Müqaviləyə əsasən İran 15 il stansiyada əldə edilən enerjinin yeganə istifadəçisi olacaq ki, bu da stansiyanın tikintisinə ayrılan investisiyanın ödənilməsi məqsədi daşıyır.
Stansiyanın tikintisinin 5 il davam edəcəyi və 323 milyon dollar təşkil edəcəyi bildirlir. Yalnız 15 ildən sonra SES Ermənistanın mülkiyyətinə veriləcək.
Alpər Oğuz
AzNews.az