Maaş artımı imtahandan keçən müəllimlərə aid edilmədi

25 Fevral 2016 17:55 (UTC+04:00)

Təhsil Nazirliyinin mətbuat xidmətindən bildirilib.

"Azərbaycan Respublikası Prezidentinin "Təhsil müəssisələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında" 2016-cı il 18 yanvar tarixli 1709 nömrəli sərəncamına əsasən dövlət büdcəsindən maliyyələşdirilən təhsil müəssisələrində (ali təhsil müəssisələri istisna olmaqla) çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq vəzifə (tarif) maaşları 2016-cı il fevralın 1-dən orta hesabla 10 faiz artırılıb. Bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsindən keçmiş müəllimlərin əməkhaqqı Vahid Tarif Cədvəli əsasında ödənilmədiyi üçün qeyd olunan artım həmin müəllimlərə şamil olunmur", - nazirlikdən bildirilib.

Report.az