Prezident satışa çıxarıldı - 100 minlik hərrac
25 Fevral 2016 18:01 (UTC+04:00)
e-Bay internet-hərracında qeyri-adi lot keçirilib.
AzNews.az xəbər verir ki, insanlar Misir prezidenti Əbdül Fəttah əs-Sisini satmaq qərarına gəliblər. Cəmi bir neçə saat ərzində Misir liderinin dəyəri 100 min dolları ötüb. "Məhsul"un təsvirində qeyd olunub ki, əs-Sisi feldmarşal, hərbçi keçmişi olan fəlsəfə doktorudur. Bununla yanaşı Misir prezidenti "əvvəlki sahibləri tərəfindən istifadə olunmuş" kimi xarakterizə olunub. Lakin "yaxşı vəziyyətdə" olduğu da vurğulanıb.

Lakin e-Bay sözügedən yumoru dəyərləndirməyib. Elan silinib.
Qeyd edək ki, elan əs-Sisinin iqtisadi inkişaf planı barədə danışarkən "bacarsaydım özümü satardım" kimi açıqlamasından sonra internetə yerləşdirilib.
Aydan Axundova