Rusiyada mədən çökdü: 105 nəfər uçqun altında qaldı

25 Fevral 2016 18:28 (UTC+04:00)


TASS agentliyinin məlumatına görə, Vorkutada yerləşən "Şimal" şaxtasında mədən partlayışı nəticəsində uçqun olub.

Mədəndə çalışan 105 nəfərdən təxminən 60 nəfər çıxarılıb. Hazırki məlumata görə, mədəndə qalanlardan 8 nəfərlə əlaqə yaradılıb və onların xilası üçün tədbirlər görülür. Şaxtada işlər dayandırılıb. Xəsarət alanlar haqda məlumat yoxdur.

Lent.az