Millimiz Rusiyaya qalib gəldi

25 Fevral 2016 19:57 (UTC+04:00)

AzNews.az AFFA-ya istinadən məlumat verir ki, oyundan əvvəl Xocalı soyqırımı qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad olunub.

Qarşılaşma 1:0 hesabı ilə Azərbaycan yığmasının xeyrinə başa çatıb. Oyunda yeganə qolu 80-ci dəqiqədə Metin Gülər vurub.

Qeyd edək ki, bu komandalar arasında fevralın 23-də keçirilmiş oyun Rusiya yığmasının 5:1 hesablı qələbəsi ilə yekunlaşmışdı.