Bakının siması tamamilə dəyişəcək - Yeni layihə + Video

25 Fevral 2016 21:19 (UTC+04:00)

AzNews.az-ın Xəzər xəbər-ə istinadən məlumatına görə, söhbət Bakı şəhərinin Ərazidən İstifadə və Zonalaşdırma Planından gedir. Layihə üzərində işlərə 5 aydır başlanılıb. Bakı Dövlət Layihə İnstitutunda hazırlanan plana yalnız paytaxtın 12 inzibati rayonu daxil edilib.

Layihədə tıxacların qarşısını almaq üçün Bakıda relsli ictimai nəqliyyat vasitəsilərinin yaradılmasına üstünlük verilib. 70-ə yaxın yeni metro stansiyası ilə yanaşı şəhərin mərkəzində tramvay zolaqları açılacaq, köhnə dəmir yolu xətləri bərpa ediləcək. Əhalinin məskunlaşması üçün yeni yaşayış massivləri də salınacaq.

Şəhərin mərkəzi isə qorunacaq. Yaşıllıq zolaqları isə dəniz ərazisində salınacaq.

Layihə bu ilin sonuna qədər hazır olacaq.