“Biz Türkiyənin narahatlığına hörmət edəcəyik” - Con Kerri

25 Fevral 2016 23:07 (UTC+04:00)

AzNews.az APA-ya istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibi Con Kerri Konqresdə dinləmələr zamanı bildirib.

"Biz bölgədəki həssas məsələlərdə Türkiyə üçün vacib olan xəttin pozulmaması məqsədi ilə hazırda türklərlə cavab addımlara dair danışıqlar aparırıq və mən bunu edə biləcəyimizə əminəm. Biz Türkiyənin narahatlığına hörmət etməliyik və edəcəyik. Mühüm olan odur ki, qısamüddətli perspektivdə qəbul olunan qərarlar bölgədə uzunmüddətli perspektivdə problem yaratmasın", deyə Kerri qeyd edib.