Qayın yeznəni bıçaqladı - Salyanda

26 Fevral 2016 09:19 (UTC+04:00)

Bıçaqlanma hadisəsi Qırxçıraq kəndində qeydə alınıb. Gecə saatlarında Qarabağlı kənd sakini, 1996-cı il təvəllüdlü Dadaşov Alıkişi Elçin oğlu böyrək nahiyəsinin kəsilmiş-deşilmiş yarası ilə Salyan Mərkəzi Rayon Xəstəxanasına daxil olub. Xəstəxanada əməliyyat olunan yaralı daha sonra reanimasiya şöbəsinə yerləşdirilib. A.Dadaşovun qayını tərəfindən bıçaqlandığı bildirilir.

Faktla bağlı Salyan rayon polis şöbəsində cinayət işi başlanıb, araşdırma aparılır.

APA.az