Binada yanğın baş verdi - Bakıda

26 Fevral 2016 10:55 (UTC+04:00)

AzNews.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Binəqədi rayonunda çoxmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 48 kv.m olan 3 otaqlı mənzilin 1 otağında 1 ədəd döşək və paltar dolabı yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 8:13-də yanğınsöndürənlər tərəfindən söndürülüb.