Milli Məclisin iclasının gündəliyi məlum oldu

26 Fevral 2016 12:03 (UTC+04:00)

Milli Məclisdən verilən məlumata görə, bunlar Ombudsmanın 2015-ci il üzrə illik hesabatı, İnzibati Xətalar Məcəlləsinə bir neçə dəyişiklik, o cümlədən məcəllədə yanvarın 19-da qəbul edilmiş əlavəyə prezident tərəfindən veto qoyulması ilə bağlı sənəddən ibarətdir.

Gündəliyə həmçinin V çağırış Milli Məclisdə xarici ölkə parlamentləri ilə işçi qrupların rəhbərlərinin yenidən təsdiqlənməsi, "Lisenziyalar və icazələr haqqında", "Poçt ödəniş xidmətləri haqqında", "Kitabxana işi haqqında", "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" qanunlara dəyişikliklərin müzakirəsi və bir neçə ölkə ilə sazişlərin ratifikasiyası salınıb.

APA.az