İlhamə Quliyeva da “qürbət”ə gedərmiş… - Vida mərasimindən fotolar

26 Fevral 2016 12:09 (UTC+04:00)

AzNews.az-ın mərasimdə iştirak edən əməkdaşının sözlərinə görə, artıq tanınmış şəxslər Xalq artisti ilə vidalaşmağa gəlib. Qeyd edək ki, vida mərasimi Rəşid Behbudov adına Mahnı Teatrında keçirilir.

***
Əməkdar artist Röya Ayxan da vida mərasiminə qatılıb. Jurnalistlərə açıqlama verən müğənni İlhamə Quliyeva ilə bağlı təəssüratlarını bölüşüb: "İlhamə xanım 73 il yaşadı və dünyadan köçdü. Mən də özümə belə ölüm arzulayıram. Gecə deyə-deyə, gülə-gülə yatasan, səhər isə canını tapşırasan. İllərlə xəstə yatıb, kiməsə möhtac olub hörmətdən düşməkdənsə, belə ölüm daha yaxşıdır. İlhamə xanım çox pozitiv insan idi. Mənim onunla heç vaxt problemim olmayıb. Allah rəhmət eləsin!"



***
Xalq artisti İlhamə Quliyeva ilə vidalaşmağa düşmən münasibətdə olduğu həmkarları da qatılıb.

AzNews.az-ın əməkdaşının məlumatına görə, İ.Quliyeva tərəfindən məhkəməyə verilən Elza Seydicahan vida mərasiminə gəlib. O, İlhamə Quliyevanın ağ çiçəkləri sevdiyini, bu səbəbdən onun üçün ağ çiçək gətirdiyini deyib: "Mən onun böyüklüyünə hörmət olaraq öz kiçikliyimi göstərdim və vidalaşmağa gəldim. O, ağ çiçəkləri sevərdi. Buna görə də ağ rəngli güllər gətirmişəm. Mənə etdiyi haqsızlıqlara rəğmən haqqımı halal etdim ki, o dünyada sorğu-sual olanda ona çətin olmasın".



Başsağlığı verən bəstəkar-müğənni daha sonra teatrı tərk edib.

***

Milli Məclisin üzvü, Xalq artisti Zeynəb Xanlarova da Xalq artisti İlhamə Quliyevanın vida mərasimində iştirak edir.



***

Xalq artisti Faiq Ağayev həmkarı İlhamə Quliyevanın Rəşid Behbudov adına Mahnı Teatrında keçirilən vida mərasiminə qatılıb.




Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev də Xalq artisti İlhamə Quliyevanın vida mərasimində iştirak edir.