İlhamə öz mirasını əsgərlərə bağışlayıb? – Oğlundan açıqlama

26 Fevral 2016 12:19 (UTC+04:00)

AzNews.az xəbər verir ki, jurnalistlərə açıqlama verən O.Nadirov İ.Quliyevanın öz mirasını əsgərlərə bağışlaması ilə bağlı yayılan məlumatların əsassız olduğunu deyib: "Vəsiyyətnamə işləri ilə vəkilimiz məşğul olacaq. Lakin Elgiz Əkbərin anamın öz mirasını əsgərlərə bağışlaması ilə bağlı dediyi sözləri ilk dəfədir eşidirəm. Anam belə bir şey deməyib. Yəqin bu, Elgizin öz fantaziyasıdır".

Xalq artistinin oğlu anasının tabutda basdırılacağı ilə bağlı vəsiyyətinin yerinə yetirilməyəcəyini də bildirib: "Vəsiyyət etmişdi ki, onu tabutda dəfn edək. Amma müsəlman qaydasına görə insan dünyasını dəyişəndə onu tabutda dəfn etmirlər. Anam da əsl müsəlman qadın idi, ona görə mən onu tabutda dəfn edə bilmərəm".

O, ekspertiza nəticələrinin 15 gün sonra açıqlanacağını və ictimaiyyətə məlumat veriləcəyini deyib.

O.Nadirov dünən jurnalistlərlə kobud rəftar etdiyi üçün onlardan üzr istəyib.

Bahar RÜSTƏMLİ