“Özümə belə ölüm arzulayıram” – Röya vida mərasimində (Foto)

26 Fevral 2016 12:38 (UTC+04:00)

AzNews.az-ın məlumatına görə, Əməkdar artist Röya Ayxan da vida mərasiminə qatılıb. Jurnalistlərə açıqlama verən müğənni İlhamə Quliyeva ilə bağlı təəssüratlarını bölüşüb: "İlhamə xanım 73 il yaşadı və dünyadan köçdü. Mən də özümə belə ölüm arzulayıram. Gecə deyə-deyə, gülə-gülə yatasan, səhər isə canını tapşırasan. İllərlə xəstə yatıb, kiməsə möhtac olub hörmətdən düşməkdənsə, belə ölüm daha yaxşıdır. İlhamə xanım çox pozitiv insan idi. Mənim onunla heç vaxt problemim olmayıb. Allah rəhmət eləsin!"




Bahar RÜSTƏMLİ