Vəkil: “İlhamə xanımın mirası oğlu və nəvəsinindir”

26 Fevral 2016 13:28 (UTC+04:00)

Bunu mərhum xalq artisti İlhamə Quliyevanın vəkili Elmira Məmmədova deyib.

İlhamə Quliyevanın var-dövlətini əsgərlərə bağışlaması barədə vəsiyyət etməsi haqda mətbuatda yayılan məlumatlara münasibət bildirən vəkil bildirib ki, onun bu haqda məlumatı yoxdur: "Mənimlə dəfələrlə söhbətində deyib ki, nəyim varsa, oğlumun və nəvəmindir".

İlhamə Quliyevanın həbsdə olan köməkçisi Mehriban Hüseynovanın mətbuata təqdim etdiyi məktub və əlyazmaların böhtan, saxta olduğunu açıqlayan E. Məmmədova "İstintaq başa çatmayıb, məhkəmənin nə zaman olacağı bilinmir. Amma mən məhkəmə işinin sonuna qədər gedəcəyəm, İlhamə xanımın intiqamını alacağam", - deyə bildirib.

APA.az