Əməkdar incəsənət xadiminin evindən oğurluq edildi

26 Fevral 2016 14:47 (UTC+04:00)

Oğrular evə pəncərənin dəmir barmaqlıqlarını sındırmaqla daxil olublar. Bağ evindən məişət əşyaları oğurlanıb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində (RPİ) araşdırma aparılır.

Qeyd edək ki, Telman Hacıyev Azərbaycan SSR əməkdar incəsənət xadimi, fleytaçı, fəlsəfə elmləri doktoru, 4 milli ifaçılıq mükafatı laureatı, Azərbaycan Musiqi Xadimləri ittifaqı üzvü, Bakı musiqi Akademiyası incəsənət nəzəriyyəsi və tarixi kafedrasının müdiri, professordur.

Report.az