FİFA prezidentliyi uğrunda 5 nəhəngin - Mübarizəsi

26 Fevral 2016 16:18 (UTC+04:00)


AzNews.az xəbər verir ki, konfransda təşkilata prezident seçiləcək. Məlumata görə, prezidentliyə 5 namizəd var: Asiya Futbol Konfederasiyasının prezidenti şeyx Salman bin İbrahim əl-Xəlifə, Avropa Futbol Assosiasiyası İttifaqının baş katibi Canni İnfantino, İordaniya şahzadəsi Əli bin əl-Hüseyn, CAR-ın mənzil tikintisi üzrə keçmiş naziri və Nelson Mandelanın silahdaşı Mosimo Qabriel Sehvale və FİFA baş katibinin keçmiş müavini fransız Şerom Şampan.

Məlumat üçün bildirək ki, FİFA prezidenti postuna seçkilər gizli səsvermə əsasında keçirilir. İlk mərhələdə qələbə qazanmaq üçün səslərin 3-də 2-sini toplamaq lazımdır.

FİFA prezidentinin vəzifəsini müvəqqəti icra edən İssa Hayatu bildirib ki, yeni prezident təşkilatın keçmiş rəhbəri Yozef Blatterin mandatını bitirəcək. O, bu postu 2019-cu ilə kimi tutacaq.

Aydan AXUNDOVA