Davudoğludan Xocalı soyqırımı ilə bağlı önəmli - Mesajlar

26 Fevral 2016 23:36 (UTC+04:00)

Ə.Davudoğlu Twitter sosial şəbəkəsindən paylaşdığı mesajda Xocalı qətliamını tarixdə qara bir ləkə kimi qiymətləndirib.

Baş nazir yazıb: "Azəri qardaşlarımızla bərabər, bütün Türk xalqının və insanlığın ürəyini yandıran Xocalı qətliamının üzərindən 24 il ötür. Tarixə qara ləkə olaraq keçən Xocalı soyqırımında həyatını itirən qardaşlarımıza rəhmət diləyirəm".

Azərbaycanın kədərini paylaşdıqlarını vurğulayan Ə.Davudoğlu "Bir millət iki dövlət can Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir" - deyə qeyd edib.



Musavat.com