Elşad Abdullayevin evində axtarış aparılmayıb

8 Noyabr 2012 12:11 (UTC+04:00)


Baş Prokurorluq "Yeni Müsavat" qəzetinin internet səhifəsində "mötəbər" mənbəyə istinadən fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin Bakıdakı evində hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən axtarış aparılması barədə məlumata münasibət bildirib.

Baş prokurorluğun mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, E.Abdullayevin evində axtarış aparılması və oradan 400-ə qədər videokaset, eləcə də başqa materialların götürülməsi barədə məlumatlar həqiqətə uyğun deyil: "Həmin informasiyalar həqiqəti əks etdirmədiyindən Baş Prokurorluq tərəfindən təkzib olunur".

AzNews.az