Atəşkəs ilk gündən pozuldu – 2 ölü

27 Fevral 2016 12:04 (UTC+04:00)

AzNews.az yerli KİV-lərə istinadən xəbər verir ki, atəşkəs rejimi qüvvəyə mindikdən bir neçə saat sonra Suriyanın Xama vilayətində partlayış baş verib. İlkin məlumata görə, hadisə nəticəsində ən az 2 nəfər ölüb.

Xatırladaq ki, bu gün gecə yarısı Suriyada hökumət qüvvələri ilə silahlı müxalifət qruplaşmaları arasında atəşkəs rejimi qüvvəyə minib.

Aydan Axundova