Astaradan gəldi - Bakıda limon oğurladı

27 Fevral 2016 12:33 (UTC+04:00)

AzNews.az xəbər verir ki, fevralın 26-da Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki ticarət mərkəzində Bakı şəhər sakini Məzahir Kərimova məxsus 14 qutu limonu oğurlamağa cəhd göstərən Astara rayon sakini Rəsul Qafarlı Qaradağ Rayon Mühafizə Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb və 10-cu PB-yə təhvil verilib.