Bakıda sərxoş kişi dönərxananın şüşələrini sındırdı

27 Fevral 2016 12:47 (UTC+04:00)

AzNews.az xəbər verir ki, fevralın 24-də Qaradağ rayonunun Ələt qəsəbəsində qəsəbə sakini İlqar Qələmov xuliqanlıq zəminində həmyerliləri Vüqar Paşayevə məxsus dönərxananın və Əhəd Niyazova məxsus "Mersedes" markalı avtomobilin şüşələrini sındırıb.

Qaradağ RPİ 11-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İ.Qələmov saxlanılıb, onun yüngül dərəcəli sərxoş vəziyyətdə olması müəyyən edilib.