Toy şəklini 88 il sonra çəkdirənlər- FOTO
8 Noyabr 2012 12:31 (UTC+04:00)
Çində 1924-cü ildə evlənən cütlük 88 il sonra toy şəkli çəkdirmək istərkən ortaya maraqlı mənzərə çıxıb. Türkiyə KİV-nin verdiyi məlumata görə, evləndikləri gün toy şəkli çəkdirməyən yaşlı ər-arvad nəhayət bu xəyallarını gerçəkləşdirməyə imkan tapıblar.
Yerli foto şirkətinin yardım təklifini qəbul edən 101 yaşındakı Vu Conqan ilə 103 yaşındakı arvadı Vu Soqnşi çəkdirdikləri şəkillərlə bütün dünyada diqqət mərkəzinə düşüblər. Şəkil çəkdirmək üçün gəlin və bəy paltarı geyən ərlə arvad indi də xoşbəxt olduqlarını bildirirlər.
AzNews.az