“Hyatt Regency” hotelində insident - Arvad ərini döydü

27 Fevral 2016 14:08 (UTC+04:00)

Məlumata görə, Böyük Britaniya vətəndaşı, 1971-ci il təvəllüdlü Alan Vilson Aleksandr Spenser polisə ərizə ilə müraciət edərək arvadı tərəfindən döyüldüyünü bildirib.

Britaniya vətəndaşı ərizəsində qeyd edib ki, müvəqqəti yaşadığı İzmir küçəsi 1033-də yerləşən "Hyatt Regency" mehmanxanasında arvadı, Bakı şəhər sakini 1986-cı il təvəllüdlü Alisa Dmitriyevna Dyumina onu döyərək xəsarət yetirib.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsinin (RPİ) 27-ci Polis Bölməsində (PB) araşdırma aparılır.

Report.az