Diyeqo Maradona FİFA-nın yeni prezidentini sərt tənqid etdi

27 Fevral 2016 15:59 (UTC+04:00)

AzNews.az-ın ans press-ə istinadən məlumatına görə, argentinalı futbolçu İnfantinonu rüşvətxor adlandırıb.

"Şahzadə Əli ilə şeyx Salmanın böyük potensialları var. Lakin mənim fikrimcə, İnfantino ən axırıncı satqındır. Canninin rəhbəri (Mişel Platinini nəzərdə tutur) demək olar ki, rüşvətxorluq üstündə həbs olunacaq, amma o, heçnə olmamış kimi işləməyə davam edir. O, püşk atmada saxtakarlıq edib indi isə FİFA prezidenti olub. Hər şey çox pisdir. Prezident elə bir adam olmalıdır ki, püşk atmada şarların yerini dəyişib sponsorlardan milyonlar qazanmasın".


Diyeqo Maradona - sabiq futbolçu

Ötən gün İsveçrənin Sürix şəhərində keçirilən FIFA-nın Konfransında yeni prezidentin adına aydınlıq gəlib. UEFA-nın baş katibi Canni İnfantino FIFA-nın yeni prezidenti seçilib. Prezidentlik uğrunda UEFA-nın baş katibi Cianni İnfantino, İordaniya şahzadəsi Əli bin əl-Hüseyn, Asiya Futbol Konfederasiyasının prezidenti Şeyx Salman ibn-İbrahim əl-Xəlifə və FIFA-nın sabiq baş katibinin köməkçisi Jerom Şampan mübarizə aparırdı.