İlham Əliyev Dominikanın Prezidentini təbrik etdi

27 Fevral 2016 17:11 (UTC+04:00)

AzNews.az xəbər verir ki, təbrikdə deyilir:

"Dominikan Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Sizə ən xoş arzularımı yetirir, dost xalqınıza sülh və tərəqqi arzulayıram".