ABŞ polisi qətlə yetirilən uşaqların Rusiyadan olduğunu - Təsdiqlədi

27 Fevral 2016 22:11 (UTC+04:00)

AzNews.az Oxu.Az-a istinadən xəbər verir ki, polisdən öldürülən oğlan uşaqlarının milliyyətcə rus olduğu bildirilib.

Qətlə yetirilən uşaqların 1997-ci il təvəllüdlü Tori Karlson və 1999-cu il təvəllüdlü Kuin Karlson olduğu bildirilir. Meyitlərin fevralın 29-da ekspertizaya göndərilməsi nəzərdə tutulub.

İnsidentin səbəbləri barədə məlumat verilmir.

Qeyd edək ki, ştatın Meyson dairəsində naməlum kişi ailəsinin 4 üzvünü güllələyərək qətlə yetirib, sonra isə özünü öldürüb.