Türkiyədə həndbol komandası qəzaya düşdü - Ölən və yaralılar var
27 Fevral 2016 22:34 (UTC+04:00)
AzNews.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, Kahramanmaraş-Kayseri magistral yolda baş verən qəza nəticəsində 1 nəfər ölüb, 12 nəfər yaralanıb.
İlkin məlumata görə, qəza sürücünün idarəetməni itirməsi nəticəsində baş verib.
Hadisə yerinə xilasedicilər, polis əməkdaşları və təcili yardım briqadaları cəlb olunub. Xəsarət alanlar xəstəxanalara yerləşdirilib.