31 yaşlı kişi naməlum şəxslər tərəfindən döyüldü

27 Fevral 2016 22:57 (UTC+04:00)

AzNews.az-ın lent.az-a istinadən məlumatına görə, Göygöl rayon Yeni Qızılca kənd sakini, 1985-ci il təvəllüdlü Surxay Səttarov qapalı kəllə beyin travması xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Dərhal tibbi yardım göstərilən yaralının vəziyyəti orta ağır qiymətləndirilir.

S. Səttarovun Gəncədə naməlum şəxs tərəfindən döyüldüyü bildirilir.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.