Daha bir bıçaqlanma - Salyanda

27 Fevral 2016 23:06 (UTC+04:00)

AzNews.az Report-a istinadən xəbər verir ki, Salyan şəhər Tale Davudzadə küçəsi, ev 7 ünvanında yaşayan, 31 yaşlı Rəşad Rahat oğlu Məcidov naməlum şəxs tərəfindən bıçaqlanıb.

Sol döş qəfəsindən ağır yaralanan Rəşad Məcidov dərhal Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılaraq cərrahiyyə şöbəsində əməliyyat olunub.

Faktla bağlı Salyan rayon Polis şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.