Abonentlərin diqqətinə - Qaz sayğacları aldadır

27 Fevral 2016 23:35 (UTC+04:00)

AzNews.az Modern.az-a istinadən xəbər verir ki, ekspertlər əhali abonentləri ücün quraşdırılan Elster G-4 markalı qaz sayğacının istismar müddətinin 5 il olduğunu bildirir. 5 il kecdikdən sonra avtomatik olaraq həmin sayğaclar 1 metr kubu əvəzinə 2 metr kubu qaz sərfi qeyd edəcəkdir. Bu da şirkət ücün xeyir gətirən amillərdən biridir. Cünki mexaniki tipli qaz sayğacları qaz sərfini qeyd edən diafraqmalı qollardan ibarətdir uzun müddət işləyəndə həmin qollar kaucuk oldugundan yeyilir və qaz sərfini düzgün qeyd etmir. Azəriqaz İB-nin rəhbərliyi bu halda Azərbaycan Respublikası Dövlət standartlarını və "Qaz təchizatı haqqında" qanunvericiliyi pozur. Fərdi qaz sayğacının göstərici mexanizminin icərisində sayğacın istehsal tarixi yazılıb. Qazdan istifadə edən bütün abonentlərdən xahiş olunur ki, əgər istehsal olunan tarix 5 ili kecibsə, yerli qaz istismarı idarəsinin həmin saygacın dəyişilməsini tələb etsin.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.