Terrorçular Dəməşqi bombaladılar

27 Fevral 2016 23:50 (UTC+04:00)

AzNews.az APA-ya istinadən xəbər verir ki, terrorçular paytaxtı Cobar və Duma şəhərlərindəki mövqelərindən atəşə tutublar. Ölən və yaralananlar barədə hələlik məlumat verilmir.

Qeyd edək ki, "Əl Qaidə" və "Cəbhət ən Nüsrə" terror təşkilatlarının müttəfiqləri hesab edilən "Ceyş əl-İslam" və "Ahrar əş-Şam" qruplaşmaları Cobar və Duma yaşayış məntəqələrində güclü mövqelərə malikdirlər.

Hər iki qruplaşma bu gündən qüvvəyə minən müvəqqəti atəşkəs rejimini dəstəkləməkdən imtina edib.