Sevgilisi üçün 8 aylıq övladını dişləyən ANA
8 Noyabr 2012 13:11 (UTC+04:00)
Rusiyada ana öz səkkizaylıq övladını vəhşicəsinə dişləyib. 28 yaşlı qadın bunu bərabər yaşadığı şəxsin evi tərk edib getməsinin qarşısını almaq və onu evə qaytarmaq üçün etdiyini deyib. Zabaykalye rayonunda baş verən hadisə ilə başlı cinayət işi açılıb.
Prokurorluğun məlumatına görə, qadın uşağa işgəncə verərək onun ağlatmağa və beləliklə də sevgilisini evə qaytarmağa çalışıb.
Uşağını atasız böyüdən qadın onunla bərabər yaşayan sevgilisi ilə spirtli işki qəbul edib. Daha sonra onlar savaşıblar və qadın əsəbləşən sevgilisinin evi tərk etməsinin qarşısını almaq üçün "qeyri-adi" üsul seçib.
Araşdırmanın sonunda qadının analıq hüququndan məhrum edilməsi də mükündür.
Elnarə Əlosmanqızı
AzNews.az