Tehranda seçkilərin nəticələri - Açıqlandı
28 Fevral 2016 09:52 (UTC+04:00)
Səs çoxluğu İran ruhanilərinin mötədil qanadının təmsilçilərinin tərəfində olub. Belə ki, Qərarların məqsədəuyğunluğu üzrə şuranın sədri, 1989-1997-ci illərdə ölkə prezidenti olmuş Əli Əkbər Haşimi-Rəfsəncani və hazırki prezident Həsən Ruhani qalib gəliblər. İRNA agentliyi Tehrandan Ekspertlər Şurasına seçilmiş 16 din xadiminin siyahısını dərc edib.
Ekspertlər Şurasının hazırki sədri, ultrakonservatorların nümayəndəsi hesab edilən ayətullah Məhəmməd Yəzdi 15-ci yeri tutub.
Seçkilərdə Tehranda yaşayan seşki hüququ olan vətəndaşların təxminən 48%-nin iştirak etdiyi bildirilir. Ölkənin daxili işlər naziri Əbdülrza Rəhmani Fəzli bildirib ki, Tehranda 3,9 mln nəfər seçkidə iştirak edib ki, bu da səsvermə hüququ olan əhalinin 48%-nə bərabərdir.
İran prezidenti deyib ki, seçkinin nəticələrindən asılı olmayaraq, İran xalqı və dövləti ondan qalib kimi ayrılıb.
AzVision.az