Janna Darkın üzüyü rekord qiymətə satıldı - 420 min dollar

28 Fevral 2016 09:57 (UTC+04:00)

AzNews.az Trend-ə istinadən xəbər verir ki, həm telefon və internet, həm də birbaşa hərrac zalında onlarla kolleksiyaçı tarixi hadisələr nəticəsində ingilis kralı VII Henrixin (1457-1509) əlinə keçən və satış tavanı 21 min dollar məbləğində qiymətləndirilən XV əsrin zinət əşyasına sahib olmaq uğrunda mübarizə aparıb. Son mərhələdə iki kolleksiyaçının bəhsləşməsi nəticəsində təklif olunan məbləğlər lotun real qiymətini on dəfələrlə üstələyib.