Duman Bakı hava limanının işinə təsir etməyib

28 Fevral 2016 10:06 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu barədə Trend-ə hava limanından bildiriblər. Məlumata görə, duman hava limanının işinə təsir etməyib.

"Təyyarələrin qəbulu və yola salınmasında gecikmə müşahidə olunmur. Aeroport normal rejimdə işini davam etdirir", - deyə hava limanında bildiriblər.

Hava limanında həmçinin qeyd ediblər ki, naməlum səbəblərdən Novosibirsk - Bakı reysi saat 15:00-dək gecikir.